Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 103 nömrəli məktəbin təməli 1950 ci ildə qoyulmuşdur .İlkin vaxtlarda 7 illik təhsil səviyyəsi üzrə fəaliyyət göstərmişdir .1997- ci ildən tam orta təhsilə keçilmişdir . 2011 - ci ildə AR Prezidenti Fondunun köməkliyi ilə 640 yerlik yeni məktəb binası inşa olunmuşdur . Hazırda məktəbimizdə 1363 şagird təhsil alır .Bu şagirdlərin təlim-tərbiyəsi ilə 74 müəllim məşğul olur . Məktəbimizin fəal şagirdləri hər il müxtəlif bilik yarışlarında , fənn olimpiadalarında, inşa yazısı müsabiqələrində iştirak edirlər. İldən - ilə ali məktəblərə qəbul olan şagirdlərin sayı artmaqdadır .
Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası, bufeti, akt və idman zalları var.
Tədris prosesində İKT avadanlıqlarından, kompüter, “ağıllı” lövhələr, noutbuk və proyektorlardan istifadə olunur. Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.
Vətənimizin dar günündə bütün xalqımız ayağa qalxmışdı. Əlbəttə bunların içərisində bizim məktəbimizin məzunları da var idi. Onlar Vətənimizin dar günündə əllərinə silah alıb qəhrəmanlıqlar göstərdilər. Onlar Vətən uğrunda canlarından hər an keçməyə hazır idilər. Onların içərisində şəhidlik zirvəsinə ucalan Taleh Daşdəmirov və Həci Hüseynovu xüsusi qeyd etmək lazımdır.