ULU BİR SƏRKƏRDƏ , ULU BİR ÖNDƏR

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Ulu öndər H.Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.