"Dünya əhalisi" mövzusunda açıq dərs

1 may 2025-ci il tarixində məktəbimizin coğrafiya müəllimi Əsmər Əhmədova tərəfindən “Dünya əhalisi” mövzusunda açıq dərs təşkil olundu. Dərsdə məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak etdilər.
Açıq dərs zamanı dünya əhalisinin artımı, coğrafi yayılması, urbanizasiya və demoqrafik problemlər kimi aktual məsələlərə toxunuldu. Mövzuya uyğun təqdimatlar və interaktiv sual-cavab sessiyası dərsi daha maraqlı və dinamik etdi.
Belə dərslər şagirdlərin fənnə olan marağını artırmaqla yanaşı, onların dünyagörüşünün formalaşmasına da müsbət təsir göstərir.