Məktəbimizin uğuru

Fəxrimiz olan “Şahinlər” komandamız bölgə üzrə keçirilən hərbi-idman oyunlarında uğurla çıxış edərək 4-cü yerə layiq görülmüşdür!
Şagirdlərimizi bu əzmkarlıq və vətənpərvərlik nümunəsinə görə ürəkdən təbrik edirik! Onlara dəstək olan müəllimlərimizə, xüsusilə də bu komandaya şeir həsr edən riyaziyyat müəllimimiz Sahib Ömərova təşəkkür edirik.
Düzlənin Şahinlər , bir halay quraq ,
Dəmir yumruğu biz , bir yerə vuraq ,
Yurdun keşiyində möhkəmcə duraq ,
Hay salsın aləmə qoy gur səsimiz ,
Həmişə öndədi , bizim dəstəmiz .
Yol verin gəlirik dabanbasaraq ,
Düşmən zəhmimizdən olub qaçaraq ,
Bizik gələcəyə şəfəq saçaraq ,
Orduyla həmahəng vurur qəlbimiz ,
Həmişə öndədi , bizim dəstəmiz .
Şanlı bir yol keçib ulu babamız ,
Zəfərlə qurtardı haqlı davamız ,
İnşallah yüksəkdən gələr sədamız ,
Qələbə bizimdi , buna əminiz ,
Həmişə öndədi , bizim dəstəmiz .
Dürüstlük həmişə sözdə-əməldə ,
Ulu tariximiz durur təməldə ,
Gələcək bizimdi ,- əmin əllərdə ,
Yüz saylı məktəbin şagirdiyik biz ,
Həmişə öndədi , bizim dəstəmiz …
Sahib Ömərov .