Narkomaniyaya və zərərli vərdişlərə "YOX" deyək!

19 may 2025-ci il tarixində məktəbimizdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici söhbət təşkil olunmuşdur. Tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlərin — siqaret, alkoqol, narkotik maddələr və digər bu kimi təhlükəli vərdişlərin fəsadları haqqında geniş məlumat vermək və onların bu vərdişlərdən uzaq durmasına töhfə vermək olmuşdur.
Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Hacıyeva, biologiya müəllimi Xurmayə Qafarova, kimya müəllimi Svetlana İsmayılova və məktəbimizin psixoloqu Təranə Vəliyeva iştirak etmişlər. Onlar zərərli maddələrin orqanizmə təsiri, onların fiziki və psixoloji fəsadları barədə ətraflı məlumat verərək, şagirdləri sağlam həyat tərzinə təşviq etmişlər.
Diskussiyanın sonunda şagirdlərlə sual-cavab aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və müzakirələr aparılmışdır. Belə tədbirlərin keçirilməsi şagirdlərin sağlam və şüurlu şəkildə böyüməsində mühüm rol oynayır.