Şəhid İsmayıl İsayevin ailəsinə ziyarət

Məktəbimizin məzunu, Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş İsmayıl İsayevin ailəsi müəllim və şagirdlər tərəfindən ziyarət edilmişdir.
Ziyarət zamanı məktəb kollektivi İsmayılın igidliyi, vətənə olan sonsuz sevgisi və şücaəti barədə söhbətlər etmiş, onun parlaq xatirəsini bir daha hörmətlə yad etmişlər. Şagirdlər şəhidimizə həsr olunmuş şeirlər səsləndirərək, bu müqəddəs vətən övladının həyat yolunu ehtiramla xatırlamışlar.
Şəhid İsmayıl İsayevin adı məktəbimizin yaddaşında və ürəklərində daim yaşayacaq.