Heydər Əliyev və Rəqəmsal gələcək

7 may tarixində məktəbimizdə Rəqəmsal bacarıqlar müəllimləri tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar olaraq “Heydər Əliyev və Rəqəmsal Gələcək” mövzusunda maraqlı və maarifləndirici tədbir təşkil olundu. Tədbirin məqsədi dahi şəxsiyyətin uşaqlara və gənclərə verdiyi dəyəri bir daha vurğulamaq, eyni zamanda onların intellektual və yaradıcılıq potensialını üzə çıxarmaq idi.
Tədbirdə şagirdlər tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş şeir və mahnı nömrələri təqdim olundu. Gözoxşayan videokadrlarla müşayiət olunan çıxışlar izləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Tədbirin davamında şagirdlər arasında bilik yarışması keçirildi. Yarışda iştirak edən uşaqlar öz biliklərini nümayiş etdirdilər. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırıldı.
Bu cür tədbirlər uşaqların milli-mənəvi dəyərlərimizə bağlılığını gücləndirir, eyni zamanda onların rəqəmsal gələcəyə hazırlığını dəstəkləyir.