Rəsm əsərlərindən ibarət sərgi keçirildi

26.11.2019-cu ildə məktəbin 10-cu sinif şagirdi Quliyeva Aydanın rəsm əsərlərindən ibarət sərgisi keçirildi. Qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Aydan hələ kiçik yaşlarından rəsm sənətinə meyl salmışdır. Nənəsinin dediyinə görə Aydan 5 yaşından şəkil çəkməyə başlamışdır. 100-ə yaxın rəsm əsəri var.

Sərginin nümayişi zamanı Aydan tərəfindən məktəbin direktoru Elçin Abdullayevə hədiyyə etdiyi avtoportret əsl sürprüz oldu. Həmçinin məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, 10a sinfinin rəhbəri Səadət Mahmudova və digərləri Aydanı təbrik etdilər, ona gələcəkdə dah böyük uğurlar qazanmağı arzuladılar. Öz üzərində ciddi çalışan, yaradıcılıq axtarışlarını usanmadan davam etdirən Aydanın uğurları hələ qabaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi