Milli Dirçəliş Günü münasibəti ilə keçirilən "Brain ring"
17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə “Məktəblinin dostu “ layihəsinin əməkdaşlarının təşkilatçılığı ilə “ Brain ring “ intellektual yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlərin dünya görüşünü artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdi. Yarış iki mərhələdə təşkil olundu. I mərhələdə 7-8-ci sinif şagirdləri, II mərhələdə 9-10-11-ci sinif şagirdləri iştirak etdi. I mərhələnin qalibi 8ə sinfi, II mərhələnin qalibi isə 11b sinfi oldu.