17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir
Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu.
Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü ilə əlaqədar olaraq məktəbin müəllimi Məlahət Aydınlı şagirdləri ilə birgə tədbir hazırladılar. Tədbir vətənpərvər ruhda təşkil olunmuşdur.