"Mənim bayrağım" adlı silsilə tədbirlər
9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar keşirilən silsilə tədbirlər davam etməkdədir.
Belə ki, məktəbin 1d, 2c, 2d, 2e, 3f siniflərində də “ Bayraq günü “-nə həsr olunmuş təşkilat saatı keçirildi. Məqsəd kiçik yaşlarından artıq şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdir. Bununla yanaşı dövlət atributlarına aid siniflərdə qəzetlər hazırlanıb, şagirdlər arasında arasında rəsm, şeir müsabiqələri keçirilib.