“ Nə gözəl dalğalanırsan sən ey üç rəngli bayraq “ adı altında keşirilən təşkilat saatı

     08.11.2019-cu il tarixində məktəbin 8b sinfində “ Bayraq günü “ nə həsr olunmuş “ Nə gözəl dalğalanırsan sən ey üç rəngli bayraq “ adlı təşkilat saatı keçirildi. Dərsdə şagirdlər azad və müstəqil bir ölkənin vətəndaşı olduqlarını, bayrağımızın bizim istiqlalımızın, özgürlüyümüzün, təcəssümü olduğunu vurğuladılar.

     Dərsi keçən 8b sinfinin rəhbəri müəllim Sevinc Əliyeva şagirdlərə vətənin, bayrağın gələcək nəsillərə əmanət olduğunu söylədi. Həmçinin bayrağımızın tarixi haqqında danışıldı və sonda şagirdlər şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi