Ədəbi-tənqidi gecə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  “Sərəncamı”na əsasən görkəmli akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi münasibəti ilə 04.11.2019-cu l tarixində məktəbimizdə silsilə tədbir keçirildi. Tədbirdə akademikin ədəbiyyatşünaslıq elminə bəxş etdiyi misilsiz elmi əsərləri, tətqiqatları haqqında məktəbin dil-ədəbiyyat müəllimi Səadət Mahmudova söz açdı. Daha sonra məktəbin 8b sinif şagirdləri görkəmli alimin elmi irsi ilə bağlı apardıqları araşdırmalarla tədbir iştirakçılarını tanış etdilər.

Tədbirdə ADNSU-nun “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Vəfa xanım Abbasova, BDU-nun “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru Şəhla xanım Tahirqızı da qonaq qismində iştirak edirdilər. Sonda məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə xanım akademik  Məmməd Cəfər Cəfərovun Azərbaycan elminə verdiyi unikal xidmətindən bir daha söz açmış və həm qonaqlara, həm də bu ədəbi-tənqidi gecənin keçirilməsində zəhməti keçən hər bir kəsə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi