Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa

31.10.2019-cu il tarixində məktəbimizin ədəbiyyat müəllimi Reyhan Qasımovanın rəhbərliyi ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə 10c sinfinin şagirdləri fəal çıxış etmiş, ictimai xadim Ə.Ağaoğlunun həyat və fəaliyyətini işıqlandırmışlar. Tədbiri açan Reyhan Qasımova Ə.Ağaoğlunun müasir gənclərimizə örnək ola biləcək şərəfli ömür yolundan bəhs etmişdir. 10c sinif şagirdlərindən Nərmin Muradlı “Ə.Ağaoğlunun həyat və yaradıcılığı”, Elmira Sadıqzadə “Ə.Ağaoğlunun AXC dövründə fəaliyyəti”, Nicat Kərimli “Ə.Ağaoğlunun Türkiyə Cümhuriyyəti dövründə ictimai-siyasi fəaliyyəti”, Narın Ömərova “Ə.Ağaoğlunun yaradıcılığı: “Mən kiməm?”, “Sərbəst insanlar ölkəsində” əsərlərində fərd və cəmiyyət məsələləri” mövzusunda çıxış etmişlər. Tədbirdə ədibin şəxsi və ailə fotoları sərgilənmişdir. Şagirdlər və tədbirin qonaqları ədibin kitabları ilə yaxından tanış olmuşlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi