"Uşaq hüquqları"na həsr olunmuş dəyirmi masa

           Oktyabrın 24-də 6ç sinfində məktəb müdiriyyəti və məktəblinin dostu layihəsinin məktəb üzrə nümayəndələrinin iştirakı ilə "Uşaq hüquqları" mövzusunda dəyirmi masa keçirilib. Ənənəvi olaraq hər il 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

           Məktəbin T.T.İ üzrə direktor müavini Vüsalə Məmmədova uşaq hüquqlarının qorunması, uşaqlara göstərilən diqqət və qayğı haqqında geniş məlumat verib.

           Bildirilib ki, Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd edilib. Həmçinin artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur.

           Şagirdlər çıxış edərək uşaqların hüquqları ilə bağlı fikirlərini bildirdilər. Suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi