Şagirdlərimiz "Şəhidlər Xiyabanı"nı ziyarət etdilər

Milli Qəhrəman Əlif Hacıyevin adını daşıyan sinif Müstəqillik gününü qeyd edib.

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.  28 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Yaxın tariximizdən məlumdur ki, müstəqilliyimizin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşib. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz edib.

Oktyabrın 17-də məktəbimizdə Müstəqillik günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan 3c sinfi Şəhidlər Xiyabanını ziyarət ediblər. Sinif rəhbəri Ofelya Babayeva şagirdlərə müstəqillik tariximizdən, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, şəhidlərimizin qəhrəmanlıq yollarından ətraflı məlumat verib. Sonra şagirdlər siniflərinin adını daşıyan Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin məzarını ziyarət ediblər, Şəhidlər Xiyabanında xatirə şəkilləri çəkdiriblər.

Daha sonra tədbir 3c sinifində davam etdirilib. Sinif rəhbəri Ofelya Babayevanın tariximizlə, müstəqilliyimizlə bağlı suallarını şagirdlər ətraflı cavablandırıblar. Sonda Ofelya Babayeva öz şagirdlərinə təhsildə uğurlar, gələcəkdə dəyərli Azərbaycan vətəndaşı olmağı arzulayıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi