BTŞİ-nin təşkilatçılığı ilə "Müəllim Günü"nə həsr olunmuş tədbir keçirildi

              Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

            Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələrinin sədrləri, məktəb direktorları, müəllimlər, şagirdlər, məzunlar və media nümayəndələri iştirak ediblər.

              Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər müəllimlik peşəsinin şərəfli peşə olduğu qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.

             Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə məktəb direktorları, müəllimlər, şagirdlər və məzunlar mükafatlandırılıb. Məktəbimizin direktoru Elçin Lətif oğlu Abdullayev  təhsil müəssisəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə, gənc nəslin təlim – tərbiyəsində əldə edilmiş yüksək nəticələrə görə Fəxri Fərmanla təltif edilib. Məktəbin pedaqoji kollektivi adından Elçin müəllimi təbrik edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi