Məktəbimizdə "Bilik günü" qeyd olundu

      16 sentyabr “Bilik günü” ilə əlaqədar məktəbimizdə tədbir təşkil olunmuşdur. Tədbirdə məktəbin direktoru Elçin ABdullayev və təlim tərbiyə işləri üzrə direktor müavinləri Həqiqət Gülalıyeva, Elvin Aslanlı, Günay Rəsulova iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Elçin Abdullayev çıxış edərək “Bilik günü” münasibətilə şagirdləri və müəllimləri təbrik etdi, yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açaraq məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs etdi. Həmçinin məktəbə ilk qədəm qoyan birinciləri də təbrik edərək, gələcək illərdə dərslərini yaxşı oxumağı arzuladı. Tədbir bədii hissə ilə davam etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi