"Yay məktəbi"nin I mərhələsinə yekun vuruldu

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin I mərhələsinin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”nin I mərhələsinə şagirdlər arasında keçirilən Spartakiadanın final mərhələsinə Bakı şəhəri üzrə “Yay məktəbi”nin I mərhələsinin əhatə etdiyi 32 ümumi təhsil müəssisəsinin V-VI sinif şagirdlərindən ibarət 95, 3, 102, 200, 284, 286, 317 nömrəli məktəblərin komandaları qatılıb.

Məktəblilər qaçış, maneəli qaçış,səbətə top atma, kəndir dartma, kisədə tullanma və digər kateqoriyalar üzrə yarışıblar. Yarışların nəticəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 286 nömrəli tam orta məktəbin komandası I, 95 nömrəli tam orta məktəbin komandası II,  317 nömrəli tam orta məktəbin komandası isə III yerləri tutublar. Qalib komandalara hədiyyələr, diplomlar və kubok təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi