Məktəbimizdə " SON ZƏNG" tədbiri keçirildi

  

     14.09.2019-cu il tarixində məktəbimizdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, keçmiş məzunlar, valideyn və şagirdlər iştirak edib.

      “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Elçin Abdullayev mərasimi açıq elan edərək, məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərimizin olimpiada və müsabiqələrdə, həmçinin beynəlxalq yarışlarda iştirak edən idmançı şagirdlərimizin əldə etdikləri uğurlarından danışıb.

      Daha sonra T.T.İ üzrə direktor müavinləri Həqiqət Gülalıyeva, Günel Səmədova, Elvin Aslanlı Və Günay Rəsulova “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. Mərasim şagirdlərin hazırladıqları kompozisiyalarla, rəqslərlə, səhnəciklərlə, mahnılarla davam etdirilib. Həmçinin, məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir çox şagirdlərə Fəxri fərmanlar verilib.

     Tədbirdə çıxış edən valideynlər də məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər. Sonda rəmzi “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, I sinif şagirdləri tərəfindən məzunların “Son zəng”i çalınıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi