“VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ” LAYİHƏSİNİN 2-Cİ MƏRHƏLƏSİ HƏYATA KEÇİRİLDİ
Mayın 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinin 2-ci mərhələsi həyata keçirildi. Valideynlər əvvəlcə məktəbin foyesində təşkil olunmuş sərgi ilə tanış oldular. Sonra təlim-tədris prosesini izləmək üçün dərslərdə iştirak etdilər, sağlam təhsil sinifləri ilə yaxından tanış oldular, rəy və təkliflərini bildirdilər.
Daha sonra məktəbin akt zalında valideynlər üçün seminar təşkil edildi. Seminar məktəb-valideyn münasibətlərinin şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə necə təsir etməsi çərçivəsində baş tutdu. Məktəbin valideynləri seminarda fəal iştirak etdilər.