Daha bir möhtəşəm qalibiyyət

Məktəbimizin IV sinif şagirdləri Abbaslı Rəyyan və Abdurərimov Polad  02.06.2019-cu il tarixində Gürcüstanın Tbilisi şəhərində  KVF Kiokuşin idman növü üzrə keçirilən Qafqaz çempionatında istirak ediblər. Şagirdimiz Abbaslı Rəyyan yarımfinalda erməniyə, finalda isə gürcüyə qalib gələrək I yerə layiq görülüb. Abdurəzimov Polad isə 3 oyunda iştirak edərək I oyunda gürcüyə, II və III oyunda erməniyə və nəhayət finalda erməni ilə qarşılaşaraq vaxtından əvvəl qalibiyyət qazanıb. Şagirdlərimizi təbrik edirik. Qeyd edək ki, ümumilikdə yarışda 704 idmançı mübarizə aparıb. Azərbaycanı təmsil edən idmançılardan 7-si I, 4-ü II, 1-i isə III yeri tutub. İdmançıların məşqçi müəllimi Azərbaycan Kiokuşin Karate KVF təşkilatının rəhbəri Rza Mustafayevdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi