"Balaca dahilər" adlı yarışın qalibləri

         24.04.2019-cu il tarixində 1 nömrəli Uçaq və Gənclər inkişaf mərkəzində “ Balaca dahilər “ adlı yarış keçirildi. Yarış 95, 64, 260 və 249 saylı tam orta məktəblərin dərnək üzvləri arasında keçirilmişdir. Hər komandada 8 üzv istirak edirdi. “Evrika” qrupu adı altında IV sinif şagirldəri Qəhrəmanov Zakir, Dadaşov Rəvan, Məmmədov Murad, Murtazova Zəhra, Orucova Gülnaz, Hüseynov Əli, Ağazadə Fateh və V sinif şagirdi Bünyadlı Onur iştirak edirdi. Yarışmada riyazi-məntiqi məsələlər, ədəd ardıcıllığı, fiqurlarla bağlı testlər, qeyri-adi operatorlar, anaqram, analogiya, verbal testlərə aid suallar səsləndirildi. Komandamız yüksək balla I yeri tutaraq qalib oldular. Şagirdlərimizi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi