"Əsrlərin dialoqu " adlı tədbir

       17.04.2019-cu il tarixində məktəbin akt zalında müəllim Abbasova Sona və Nəsirova Şəhla tərəfindən “Puşkiniana” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin 220 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə “Puşkiniana” layihəsinin kuratoru, RİMM-in metodisti L.T.Yakununa, məktəbin direktoru Elçin Abdullayev, T.T.İ üzrə direktor müavinləri Həqiqət Gülalıyeva və Günay Rəsulova iştirak etdilər.

       “Əsrlərin dialoqu” adı altında təşkil olunmuş ədəbi-musiqili kompozisiya görkəmli şairlər:  İmadəddin Nəsiminin 650 illik və A.S.Puşkinin 220 illik yubileylərinə həsr edildi. Tədbirdəməktəbin VIII, IX və XII sinif şagirdləri iştirak etdilər. Korifey şairlərin ölməz şeirlərini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi