Təhsil sahəsində "Kurikulumun tətbiqi" ilə bağlı dəyirmi masa

      

      15.04.2019-cu il tarixində məktəbimizin akt zalında “ Kurikulumun tətbiqi “ ilə bağlı dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi direktor Elçin Abdullayev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülalıyeva Həqiqət, Səmədova Günel, Aslanlı Elvin, məktəbin metodbirləşmə sədrləri, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetin dekanları, dosentləri, müəllim və təcrübəçi tələbələr iştirak etdilər. İlk öncə tədbirdə orta məktəblərdə kurrikulumun tətbiqi və müəllimlərin qarşılaşdığı problemlərdən, ənənəvi dərslərlə interaktiv dərslərin fərqi və yeni metodlardan istifadənin üstünlüklərindən söhbət açıldı.

        Təcrübəçi tələbələrə məktəb müəllimlərinin göstərdiyi qayğı və dəstək xüsusi olaraq vurğulandı. Dərsliklərlə bağlı mövcud problemlər işıqlandırıldı.

        Sonda qərara alındı ki, məktəblərdə yeni təlim metodlarından istifadənin təkmilləşdirilməsi və yeni kadrların daha yaxşı hazırlanması üçün əməkdaşlıq davam etdirilsin. Hər il ən azı 1 dəfə olmaqlagörüş təşkil edilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi