"Güc birlikdədir" mövzusu üzrə açıq dərs

       08.04.2019-cu il tarixində məktəbimizin IIIc sinif müəllimi “ Güc birlikdədir “ mövzusu üzrə açıq dərs keçirildi. Dərsdə direktor müavini S.Günel, İKT üzrə kurs rəhbəri İ.Sübhi, ibtidai sinif müəllimləri Y.Leylan, H. Zümrüd iştirak etdilər. Dərs zamanı təlimin məqsədləri tam yerinə yetirildi. Kollektiv və qruplarlaiş aparıldı. İş üsulu kimi müzakirə, beyin həmləsi və debat həyata keçirildi. Şəkillərdən, iş vərəqlərindən, İKT-dən istifadə olundu.                   

      Motivasiya “Turp” nağılı üzərində quruldu. Şagirdlər “Ağıl”, “Güc” , “Birlik” və “Azadlıq” qruplarına bölünərək “İstədiyimiz işdə nailiyyət əldə etmək üçün güclə bərabər bizə nə lazımdır?”  tədqiqat sualını müzakirə etdilər.qruplarla iş zamanı sinkveyn, şeir yazıldı, hekayənin xəritəsi hazırlandı, həmçinin göyərçinin cizgiləri sözlərlə təsvir edildi. Dərs şagirdlər üçün maraqlı keçdi.

        Sonda “Güc birlikdədir” mövzusun u özündə əks etdirən video çarxa hər kəs diqqətlə baxdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi