"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində tur-aksiyası təşkil olunub

    15.03.2019-cu il tarixdə  "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının Naxçıvan Muxtar Respublikasına 3 günlük səfərə yolasalma mərasimi keçirildi.

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Ramin Hüseynov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər. Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev çıxışedərək  Cənab Prezident İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı.  X sinif şagirdimiz Bayramlı Fəqani də bu layihədə iştirak edərək  məktəbimizi bu layihədə təmsil edib.

      Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya layihəsinin təşkili Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən burada əsl bayram əhval ruhiyyəsi yaranmışdı. Daha sonra çıxış edən müəllimlər və valideynlər  məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirlər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olub, görməli yerlərini gəzəcəklər. Çıxış edən valideynlər, müəllimlər və məktəblilər  belə gözəl bir imkanı yaratdığı üçün  Ölkə Başçısı cənab İlham Əliyeva öz minnətdarlıqlarını ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi