Müəllim və şagirdlərimiz Fəxri Fərmanla təltif olunub

    18.03.2019-cu il tarixində məktəbin akt zalında ictimai işlərdə fərqlənən müəllim və şagirdlərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elçin Abdullayev sağlam cəmiyyətin qorunub saxlanılmasını daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu qedy edərək bildirib ki, hazırda şagirdlərin təhsil almaları və ictimai işlərdə fəal iştirak etməsi üçün şərait yaradılıb. Məktəbimizdə də gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində olduğunu qeyd edən məktəbin direktoru Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar 2c sinif şagirdlərinin nümayiş etdirdiyi “ Xocalı qan yaddaşımızdır “ tədbirinin keçirilməsini rəhbərlik rtdiyi təhsil müəssisəsində əlamətdar bir hadisə kimi yadda qalacağını söyləyib.

     Tədbirdə məktəbin ictimai işlərində fərqlənən 2c sinfi, həmçinin yuxarı sinif şagirdləri Fəxri Fərmanla təltif olunub. Məktəbin direktoru Elçin Abdullayev 2c sinif rəhbəri Ofelya babayevanın şagirdlərin milli vətənpərvərlik tərbiyəsində əməyinin xüsusilə qeyd edərək onu Fəxri Fərmanla təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi