"Gəl, Novruzum"

    Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar 19.03.2019-cu il tarixində məktəbimizdə bayram tədbiri təşkil olunub. Günay Rəsulovanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə təşkil olunan tədbirdə məktəbin pedaqoji kollektivi də iştirak etmişdi. Tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.Bayram şənliyində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər, hakıştalar səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb. Şagirdlərin çıxışları alqışlarla müşaiyət olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi