Novruz sərgisi

          

Xalqımızın ən qədim bayramı olan Novruz artıq yurdumuza qədəm qoyub. Öz gəlişi ilə evlərə ruzi-bərəkət, qəlblərə məhəbbət dolu anlar bəxş edir. Günəş öz isti nəfəsi ilə hər bir insanın könlünü oxşayır. Yaşamaq, yaratmaq hissini artırır.

Min illər keçməsinə baxmayaraq, xalqımız bu bayramın adət-ənənələrini qoruyub saxlamış, müxtəlif zamanlarda qadağalara sinə gəlib gələcək nəsillərə ərmağan edib. Bu bayramın gəlişini ən çox balacalar sevinclə gözləyir.

Məktəbimimizin şagirdləri də Novruzun gəlisi ilə bağlı həm tədbirlər, müxtəlif şeir müsabiqələri, həm də əl işləri ilə göz oxşayan sərgi hazırlayıblar. Sərgidə bayramın atributlarını şagirdlər fərqli şəkildə canlandırıb, elə bil keçmişə səyahət ediblər. Boyaların müxtəlif çalarlarından istifadə edərək bir-birindən maraqlı rəsm əsərləri, tarixi keçmişimizi canlandıran nağılvari kənd həyatı, Novruzun simvolu olan Kosa, Keçəl obrazlarını, Novruz şirniyyatlarını öz əl işlərində yaratmışlar. Məktəbin foyesində olan bu mənzərə insana könül rahatlığı verir,sevincli hal da ondan ibarətdir ki. Şagirdlər bu əl işlərini xüsusi qabiliyyət və məhəbbətlə yaradıblar. Bu işdə əməyi olan həm müəllimlərə, həm də şagirdlərə təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi