Şəhid Ayaz Məhərrəmovun anım günüdür

         05.03.2019-cu il tarixində məktəbimizin adını daşıdığı Ayaz Məhərrəmovun anım günü idi. Bununla əlaqədar şagirdlər Ayaz Məhərrəmovun şəkili önünə qərənfillər düzüblər. Ayaz Tağı oğlu Məhərrəmov  13 sentyabr 1975-ci ildə Zəngibasar mahalının aşağı Neçili kəndində anadan olmuş, 1982-ci ildə həmin kənd məktəbinin 1-ci sinfinə getmişdir. 1994-cü il yanvarın 5-də ön cəbhəyə gedərək Füzuli rayonunda  N saylı hərbi  hissədə  xidmətə başlamışdır. 04 may 1994-cu il tarixində  Füzuli  rayon  aşağı  Əbdürrəhmanlı  kəndi  uğrunda  gedən  döyüşdə  yaralanmış,ağır yaralanmasına baxmayaraq döyüşü davam etdirmişdir. Növbəti gün kəşfiyyatda olarkən şəhid olmuşdur. 1995-ci ildən  etibarən 95 nömrəli məktəb  şəhid Ayaz Məhərrəmovun  adını  daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi