“Krılovun təmsilləri” adlı müsabiqə keçirildi

27.02.2019-cu il tarixində F.Köçərli adına Respublika uşaq kitabxanasında dahi təmsilçi İvan Andreyeviç Krılovun 250 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Kitabxanada keçirilən tədbir, İvan Andreyeviç Krılovun həyat və yaradıcılığı barədə dolğun məlumat verən video- slaydın nümayişi ilə başladı. Tədbirdə, 42, 46, 95,151 saylı tam orta məktəb, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi və Bakı Avropa liseyinin müxtəlif sinif şagirdləri,  müəllim kollektivi və valideynlər iştirak edirdi. Yarışmada hər məktəb komanda şəklində yarışırdı. “İvan Andreyeviç Krılovun təmsilləri“ adlı müsabiqəsində məktəbimizi 4a sinif şagirdi Məmmədli Fikrət və 6ə sinif şagirdi Hüseynli Fatimə ( rus dili müəllimi Abbasova Sona ) təmsil etdilər. Tədbirdə həmçinin məktəbimiz tərəfindən dahi təmsilçinin “ Tülkü və üzüm “, “Donuz palıd ağaı altında “ təmsillərinin təqdimadı olundu. Tədbirin sonunda, iştirakçı uşaqların hər birinə kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi