" Firuzə qaşlı xəncər " adlı açıq dərs
25.02.2019-cu il tarixində Ana dili və ədəbiyyat aylığı çərçivəsində məktəbin müəllimi Musayeva Məhbubə 5e sinfində ədəbiyyat fənnindən açıq dərs vermiş, eyni zamanda həmin siniflə “Xocalı soyqırımı”na aid tədbir də keçirmişdir.
“Firuzə qaşlı xəncər” mövzusunda keçirilən dərs müasir interaktiv təlim metodlarına əsaslanaraq keçirildi. Hekayənin mövzusu “Xocalı” faciəsi ilə səsləşdiyi üçün şagirdlər əsərdə olan obrazların təhlilini xocalılıların axşar taleyi ilə əlaqələndirmişlər. Dərsdə məktəbin T.T.İ. üzrə direktor müavini Gülalıyeva Həqiqət, Aslanlı Elvin, ana dili və ədəbiyyat müəllimi Qasımova Reyhan, eyni zamanda valideynlər də isştirak etmişdir.