Xocalı soyqırımını unutmadıq

 

       Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq məktəbdə bir sıra işlər görülmüşdür.  1992 -  ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə ucaldımış “Ana harayı” abidəsinə məktəbin müəllim və şagird kollektivinin ziyarətinin təşkil edilməsi ilə yanaşı Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə məktəbimizin foyesində şagirdlərimiz tərəfindən divar qəzetləri hazırlanmışdır. Xocalı insanlığa qarşı törədilmiş ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüşdür. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırım nəticəsində yüzlərlə qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi