"Xocalı soyqırımı qan yaddaşımızdır"

     22.02.2019-cu il tarixində Xocalı soqırımın 27-ci ildönümü ilə əlaqədar məktəbimizin akt zalında “Xocalı soyqırımı qan yaddaşımızdır” adlı tədbir keçirilib. Öncə Xocalı soyqırımına həsr edilmiş sərgiyə baxış oldu, Xocalı şəhidlərinin adlarının həkk olunduğu löhfə qarşısına tər çiçəklər qoyuldu. Xocalı soyqırımı qurbanlarının və tərpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəli sükutla yad edildi.

    Tədbirin təşkilatçısı 2c sinfinin rəhbəri Ofelya Babayeva nitqində Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olduğunu, ermənilərin davamlı olaraq həyata keçirdiyi etnik təmizləmə, soyqırım siyasəti nəticəsində soydaşlarımızın zaman-zaman tarixi torpaqlarından qovulduğunu, qaçqına, məcburi köçkünə çevrildiyini və bütün bunların kütləvi qırğınlarla müşayət olunduğunu bildirdi. Qeyd olundu ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır, ən qatı cinayətlərdən biri kimi tarixə düşüb. Həmin gecə 613 nəfərin öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir düşdü. Daha sonra şagirdlərin ifasında “Xoclıya ədalət “ adlı bədii-musiqili kompozisiya nümayiş olundu.

     Tədbirdə Xətai rayon İcra hakimiyyətinin ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, şair Ələmdar Quluzadə, şair-tərcüməçi Yusif Savalan, jurnalist Faiq İbrahimbəyli və s. çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşdülər. muğam ustaları Səbinə Ərəbli və Pərviz Qasımovun vətən nisgilli ifaları “Xocalı soyqırımı qan yaddaşımızdır” adlı tədbirə xüsusi bir rəng qatdı. Sonda məktəbin direktoru Elçin Abdullayev tədbirdə iştirak etdikləri üçün ictimaiyyətin nümayəndələrinə, media təmsilçilərinə, valideynlərə minnətdarlığını bildirdi və 2c sinfinə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adının verilməsi ilə bağlı diplomu sinfin rəhbəri Ofelya babayevaya təqdim etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi