Şagirdimizin nazir müavini ilə görüşü

    Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb. 

Zəhra Salmanlını təbrik edən İsmayıl İsmayılov Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığı ilə əlaqədar ona təşəkkürünü bildirib. Nazir müavini karateçiyə gələcək yarışlarda və təhsilində uğurlar arzulayıb. O, idmançıya mükafat və diplom təqdim edib.

Qeyd edək ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağının altında asıldığını görən Zəhra Salmanlı buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini söyləyib. Onun kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib. Daha sonra yarışa başlayan Salmanlı rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi