Məktəbimizdə "Açıq qapı günü" keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 - cu il tarixli F-18 № - li əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fəaliyyət planını və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.01.2019 - cu il tarixli F- 65 № - li əmrini əsas tutaraq məktəb üzrə hazırlanmış tədbirlər planına əsasən məktəbin bütün siniflərindən valideynlərin iştirakı ilə  "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi. Layihənin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etməkdir. 

21.02.2019-cu il tarixində məktəbimizdə “ Açıq qapı günü “ təşkil olundu. Bununla bağlı I və XI sinif şagirdlərinin valideynləri məktəbə gələrək öz fikirlərini bildirdilər, məktəblə və dərs prosesi ilə tanış oldular. İlk öncə məktəbin direktoru Elçin müəllim akt zalında valideynlərlə görüş təşkil etdi, onları narahat edən bütün məsələlərə toxundu. Daha sonra məktəbi gəzdilər. Məktəbin kitabxanası, linqafon kabinetləri, kompüterlə təchiz olunmuş otaqları, idman zalı,  kimya, fizika, texnologiya və digər kabinetlər ilə tanış oldular. Onları ən çox maraqlandıran övladlarının qidalanması olduğuna görə, həmçinin bufetdəki sanitarik vəziyyətlə də yaxından tanış oldular. Məktəbimizin ibtidai siniflərində təşkil olunmuş  “Sağlam təhsil “ siniflərini çox bəyəndilər. İbtidai sinif şagirdlərinin yuxarı sinif şagirdlərinin təhsil aldığı korpusların ayrı-ayrı olması valideynləri çox rahatlatdı. “ Açıq qapı günü “ vaıideynlərin məmnuniyyəti ilə sona çatdı. Onlara yaradılan belə bir şərait üçün direkto Elçin Abdullayevə minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi