Açıq dərs "Manqurt" əsərinin təhlili

     Ferval ayında azərbaycan  dili və ədəbiyyat aylığı keçirilir. Bununla əlaqədar olaraq məktəbimizdə açıq dərslərə, tədbirlərə, divar qəzetlərinə start verildi. 07.02.2019-cu il tarixində azərbaycan dili və ədəbiyyat müəllimi Mahmudova Səadət 7-ci sinifdə açıq dərs keçərək yazıçı Çingiz Aytmatovun “Manqurt” əsərini təhlil etdi. Ilk öncə müəllim İKT vasitələrindən istifadə edərək “Manqurt” filmini şagirdlərə təqdim etdi. Daha sonra şagirdlərlə birgə əsər üzərində müzakilərlər aparıldı. Dünya şöhrətli, görkəmli qırğız yazışısı Çingiz Aytmatov XX əsr ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcısı kimi qəbul olunur. O, mənəvi aləmin bütün zənginlikləri, qəribəlikləri ilə yeni olan sadə insanın həyatını ciddi bir ədəbiyyat səviyyəsində təbii şəkildə təsvir etmişdir. Onun yaradıcılığının pik nöqtəsi “Əsrə bərabər gün” romanıdır. Bu əsər müasir dünyanın ibrətamiz insanlıq dərsidir.

     Roman içində roman adlandırıla biləcək “Manqurt” hekayəsində yazıçının mənsub olduğu xalqın timsalında milli kimliyin itirilməsi, soykökun məhv edilməsinin fəlakətləri ifadə olunmuşdur. Sonda müəllim dərsi Çingiz Aytmatovun fikirləıri ilə bitirdi. “Əskidən əslini, nəslini, soykökünü, tarixini unutmuş insanlara “manqurt” deyilirdi. Bu gün də duyğusuzlaşmış, kökündən qoparılmış və nəyi nə üçün etdiyini bilməyən, verilən əmrləri heç düşünmədən uyğulayan insanlar da “Manqurtdur”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi