Məktəbin müəllimi təlimdə iştirak edib

    16 - 19 oktyabr tarixlərində Bakı Slavyan Universitetində Rossotrudnichestvo və Rusiya Xalqlar Dostluğu Universiteti (RUDN) və rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyasının dəstəyi ilə Azərbaycanda müəllimlərin bacarıqlarını artırmaq üçün tədbirlər keçirilib. Təlimlərdə həmçinin  məktəbimizin rus dili  müəllimi olan Abbasova Sona müəllimə də iştirak edib. RUDN Universitetinin rus dili və ədəbiyyatı, fizika, riyaziyyat, ibtidai təhsil sahələrində aparıcı mütəxəssisləri Azərbaycan təhsil müəssisələrinin müəllimləri üçün mühazirələr, master-klasslar, dəyirmi masalar, biznes oyunları, seminarlar və məsləhətləşmələr təşkil olunub. Təlimin nəticələrinə əsasən bütün iştirakçılar RUDN-nin təlim sertifikatlarını alıblar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi