Xətai Rayon İcra hakimiyyətində yüksək bal toplamış şagirdlərlə görüş

     

    03.10.2018-ci il tarixində Хətаi Rayon İcra Hakimiyyəti rayonun orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirərək, ali məktəblərə  yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüş keçirdi. Rayon rəhbərliyi, 650 baldan yüksək nəticə göstərmiş məzunlar, onların valideynləri və orta ümumtəhsil məktəblərinin müəllimləri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib ulu öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoydular.

     İcra hakimiyyəti aparatının akt zalında davam edən görüşü Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, gənclərimizin yüksək ali təhsil alması müstəqil Azərbaycanın tərəqqi və inkişafının davamlı olmasına zəmanətdir. Razim Məmmədov qeyd etdi ki, bütün regionlarda olduğu kimi, Xətai rayonunda da təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində  ardıcıl tədbirlərin görülməsi tədris ilinin yekununda yüksək nəticələrin əldə edilməsinə zəmin yaratmışdır. İcra başçısı çıxışında qəbulda yüksək nəticə göstərən orta ümumtəhsil məktəblərinin adlarını da xüsusi qeyd etdi və bildirdi ki, Xətai rayonu tələbə qəbulunda  ötən ilkindən 3,4 faiz çox - 77,8 faiz nəticə göstərərək yenə də republika üzrə birincilər sırasına çıxmışdır. Bu göstəricələr məzunlarımızla yanaşı, müəllimlərimizin də böyük zəhmət sərf etdiyindən xəbər verir. Məktəbimizin məzunu olmuş Murtuzayeva Leyla Əfqan qızı da 654 bal toplayaraq Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanla təltif olundu.

     Toplantıda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisinin deputatı YAP Xətai Rayon təşkilatının sədri Hüseynbala Mirələmov, müəllimlər,  valideynlər  çıxış edərək bildirdilər ki, bu gün, məktəblilərin qarşısında duran ən vacib məsələ orta məktəbdə yüksək nəticələr göstərmək, elmi biliklərin əsaslarına dərindən yiyələnmək və yüksək bal toplamaqla ali məktəblərə qəbul olmaqdır.

Sonda Xətai rayon İcra Hakimiyyəti adından 650 və ondan yüksək bal toplayıb tələbə adını qazanmış məzunlara və  yüksək nəticələrin əldə edilməsində xidməti olan məktəblərin rəhbərlərinə, müəllimlərə qiymətli hədiyyələr, mükafatlar və fəxri fərmanlar təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi