“Brendini tanıt” adlı müsabiqənin final mərhələsi

     Avqustun 31-də “Məktəblinin Dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”-nin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”-nə şagirdlər arasında keçirilən “Brendini tanıt” adlı müsabiqənin final mərhələsinə yekun vurulub. Müsabiqənin final mərhələsinə Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 12 ümumi təhsil müəssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət 5, 27, 57, 95, 166 saylı məktəblərin komandaları qatılıb. Həmin məktəblər öz brendlərini təqdim ediblər. Münsiflərin qiymətləndirilməsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 166, 5 və 95 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq  I , II və III yerləri tutublar. Qalib komandalara hədiyyələr və diplomlar təqdim olunub.

     Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 1000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi