“Yay məktəbi” nin bağlanış mərasimi keçirilib

     Avqustun 31-də “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” nin bağlanış mərasimi keçirilib. Layihəyə şagirdlər arasında keçirilən “Brendini tanıt” adlı müsabiqənin final mərhələsi ilə yekun vurulub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini layihənin şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında  əhəmiyyətli rol oynadığını vurğulayıb. Müsabiqənin final mərhələsinə Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 12 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət 5, 27, 57, 95, 166 saylı məktəblərin komandaları qatılıb. Həmin məktəblər öz brendlərini təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 166, 5 və 95 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerləri tutublar. Qalib komandalara hədiyyələr və diplomlar təqdim olunub.

     “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi