Xətai rayonu ümumi təhsil məktəbləri üzrə “Məktəb seminarları” keçirilib

 İyunun 21-də “Məktəb seminarları”nın növbəti sessiyaları Xətai rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib. “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları”nda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

     Artıq 4-cü ildir ki, təşkil olunan “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etməkdən ibarətdir. Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili və valideynlərlə işin qurulması məsələlərinə toxunub. Həmçinin, “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.

       Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, TDM-in direktoru Samirə Bektaşi və digər şəxslər rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər müvafiq mövzularda çıxış ediblər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi