"SON ZƏNG"

     İyunun 14-də ənənəvi olaraq məktəbimizdə son zəng keçirildi. Tədbirdə ilk olaraq söz məktəbin direktoru Elçin Aldullayevə, sonra BŞTİ-nin Ümumi təhsil sektorunun baş məsləhətçisi Fuad Əsgərova,  Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi və ardıcıl olaraq məktəbin direktor müavinləri Rəsulova Günay, Gülalıyeva Həqiqət və Səmədova Günelə verildi. Onlarda, öz çıxışlarında məzunları təbrik edərək, gələcək həyatlarında uğurlar arzuladılar. Tədbirin gedişatında məzunlarımız öz çıxışları ilə göz oxşadılar. Olimpiada və yarışlarda uğurları olan şagirdlərimiz Fəxri fərmanlarla təltif olundular. Sonda “Son zəng” çalındı və məzunlar məktəbə vida etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi