X Rus dili və ədəbiyyatı üzrə Respublika Olimpiadası

    

    06.06.2018-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə  X Respublika Olimpiadası keçirilib. Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulması münasibəti ilə mərasim keçirilib.

    Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov,  “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər iştirak ediblər.

    Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub. Bu cür olimpiadaların keçirilməsinin gənclərin intellektual zənginləşməsində, məktəblilərin  rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olması baxımından  mühüm rol oynayır. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, BSU-nun rektoru Nurlana Əliyeva  böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə qeyd edilən Beynəlxalq Rus Dili Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Tədbir konsert proqramı ilə davam etdirilib. Onuda qeyd edək ki, məktəbimizin 8d sinif şagirdi olan Rzayev Murad Elnur oğlu da qaliblər sırasında yer alıb. Şagirdimizə uğurlar arzu edirik və ona dərs deyən 95 saylı tam orta məktəbin müəllimi Abbasova Sonaya təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi