"Uşaqlar dünyanın sevincidir" adlı tədbir

     24.05.2018-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Hüseynova Zümrüd rəhbərlik etdiyi 1e sinfi ilə birlikdə “Cümhuriyyətin 100 illiyi” nə və “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” nə həsr olunmuş “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirdi. Tədbirin açılışını edən müəllim Hüseynova Zümrüd ilk öncə qarşıdan gələn bayram münasibətilə tədbir iştrkaçılarını, qonaqları və valideynləri təbrik etdi. Daha sonra tədbirin I hissəsində şagirdlər qonaqları nağıllar aləminə səyahətə apardı. Tədbirin II hissəsi isə ümumilikdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” nə həsr olundu. Vətənpərvər ruhda şeirləri və rəqsləri ilə qonaqları özlərinə heyran edən şagirdlər kiçik yaşda olduqlarına baxmayaraq işin öhdəsində çox asanlıqla gəldilər. Tədbirin sonunda öz fikir və düşüncələrini bölüşmək üçün ilk olaraq söz məktəbin direktoru Elçin Aldullayevə, daha sonra Xətai rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri İmanov Pənah müəllimə verildi. Eyni zamanda “Ümid yeri” uşaq evinin müdiri Nigar Məsimova, hüquqşünas Nərmin Əliyeva, 164 saylı məktəbin müəllimi Sevinc Məcidova, 221 saylı məktəbin müəllimləri və məktəbimizin veteran müəllimləri qonaqlar sırasında yer alırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi