"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" ilə bağlı tədbir

        23.05.2018-ci il tarixində Xətai rayonu 95 №-li məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı tədbir keçirildi. Tədbirin  açılışında ilk öncə söz məktəbin direktoru Abdullayev Elçin Lətif oğluna verildi. Daha sonra Dini qurumlarla işl üzrə Dövlət Komitəsinin nümayəndəsi Vasif Musayev, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, məktəbin trix müəllimi Manafova Aidə öz çıxışları ilə Azərbaycan müstəqilliyinin şanlı tarixi haqqında tədbir iştirakçılarını məlumatlandırdılar. Məktəbin şagirdləri bir-birindən gözəl çıxışları ilə qonaqları sevindirdilər. Gənclərin sevimlisi, məşhur reper Qurd öz çıxışı ilə tədbiri daha da gözəlləşdirdi. Sonda tədbirin təşkilatçısı məktəbin Tərbiyə işləri üzrə direktor müavini Rəsulova Günay  “Cümhuriyyətin 100 illiyi” münasibətilə tədbir iştirakçılarını və qonaqları təbrik etdi və əməyi keçən hər bir kəsə öz minnətdarlığını bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi