"Gənc kimyaçılar"

      22.05.2018-ci il tarixində məktəbimizdə pedaqoji təcrübə keçən ADPU-nun “Kimya və Biologiya” fakültəsinin kimya ixtisasının 401-ci qrup tələbələri “Gənc kimyaçılar” adlı tədbir keçirmişdir. Tədbirdə kimya elminin sirləri ilə tanış olmuş və bu fənnin insan həyatında nəqədər əhəmiyyətli mövqe tutduğunu aşılamağa çalışmışlar. Kimyanın tarixi müasir dövrün kimyası, müxtəlif təcrübələr, bilik yarışları və çıxışlarla məktəbimizin VIII, IX. X sinif şagirdləri tərəfindən nümayiş etdirilmişdir. Tədbir sona çatdıqdan sonra öz fikirlərini bildirmək üçün söz məktəbin direktor müavini Rəsulova Günay, Gülalıyeva Həqiqət, Məktəbin kimya müəllimi Hüseynova Aytəkin və kimya fənni üzrə metodist Salahova Firuzə müəlliməyə verildi. Sonda tədbirin təşkilatçıları Cümhuriyyətin 100 illiyi münasibətilə məktəb rəhbərliyini təbrik etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi