"Cümhuriyyətin 100 illiyi"nə həsr olunmuş divar qəzetləri

     2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. İstiqlal bəyamnaməsini qəbul edən Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddinə çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycan ilk Parlamenti və Höküməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, qerbi və himni yaradıldı.

     Bu möhtəşəm 100 illiyin qeyd olunması məqsədilə məktəb üzrə keçirilən tədbirlər sırasına rəsm sərgiləri, divar qəzetlərinin hazırlanması daxil edilmişdir. Tarix fənni üzrə fənn aylığının məhz bu aya təsadüf etməsi “Cümhuriyyətin 100 illiyi”nə həsr olunmuş tədbirlərin daha da əhəmiyyətini artırdı. Tariximizə böyük sevgi göstərən şagirdlər bu sevgilərini hazırladıqlaır divar qəzetləri ilə yüksək səviyyədə nümayiş etdirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi