Ali Hərbi Məktəbdə Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir

        07.05.2018-ci il tarixdə Xətai rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirildi.

Tədbir dövlət himninin səslənməsi ilə başladı. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi Füzuli Salahov isə çıxışında  vurğuladı ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Paradda məktəbimizin müəllim və şagird kollektivi də aktiv şəkildə iştirak etdilər. Tədbirin sonunda incəsənət ustalarının rəngarəng musiqiləri səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi